Neymarın PSJ ilə müqaviləsinin detalları məlum olub. Bu haqda materialı “El Mundo” qəzeti yayıb.
Braziliyalı futbolçu Fransa klubuna 2017-ci ildə 222 milyon avroya “Barselona”dan keçmişdi. Amma əmək haqqı və bonusları da nəzərə alsaq, onun keçidi parislilərə 489228117 avroya başa gəlib. 4 il əvvəl avqustun 3-də rəsmiləşən 5 illik müqavilədə futbolçunun illik maaşı vergiləri nəzərə almadan 43334400 avro göstərilib. Bundan başqa anlaşmada əlavə olaraq 6-cı illə bağlı bənd də nəzərdə tutulub. Həmin bəndə əsasən Neymar 6-cı mövsümün sonunda kluba loyallığa görə bonus kimi 50556117 avro da irəli düşə bilər.
29 yaşlı braziliyalı bu ilin mayında klubu ilə müqavilənin müddətini 2025-ci ilin yayına qədər artırıb. “El Mundo” qəzeti mövcud anlaşmada maliyyə ilə bağlı göstəricilərin əvvəlki kimi olduğunu yazıb. Ulduz futbolçu həmçinin imici ilə bağlı hüquqlarının hamısını PSJ-yə verib.