Bruno Alveş özünə yeni iş yeri tapıb. Təcrübəli futbolçu 16 ildən sonra yenidən Yunanıstanda çıxış edəcək.
Sonuncu iş yeri “Parma” olan portuqaliyalı müdafiəçi “Apollon Smirnis” ilə birillik müddətə anlaşıb. Qeyd edək ki, 39 yaşlı Bruno Alveş bu yay vətəninə qayıdaraq “Famalikan”la anlaşsa da, iki həftədən sonra müqavilə ləğv edilmişdi. Buna isə onun klub rəhbərliyi ilə mübahisə etməsi səbəb olmuşdu.
Portuqaliya yığmasında 96 oyuna 11 qol vuran müdafiəçinin Yunanıstanda 2004-05-ci illərdə AEK-in şərəfini qoruduğunu da xatırladaq.