"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov təcrübə məqsədi ilə superliqa təmsilçisi "Trabzonspor"un düşərgəsinə yollanıb.
Bu barədə “football-plus.az” klubun mətbuat katibi Rəşad Məmmədov açıqlama verib. Rəşad bəy onu da bildirdi ki, səfərin müddəti 4 gündü. “Bordo-mavilər”in çalışdırıcısı Abdullah Avcı ilə görüşən “kimyaçılar”ın baş məşqçisi qara dəniz təmsilçisinin infrastrukturu ilə tanış olub, komandanın məşq prosesini izləyib. Abbasov sabah artıq vətənə dönəcək.
RƏŞAD