Dublində yığmmızla heç-heçə edən İrlandiyanın baş məşqçisi Stiven Kenni oyundan sonra keçirilən mətbuat konfransında nəticədən narazı qaldığını bildirib.
“Football-plus.az” xəbər verir ki, çalışdırıcı Emin Mahmudovun qolunun oyunun axarını dəyişdiyini etiraf edib:
“Bu gün 2:1 hesablı qələbə qazansaydıq, söhbətimiz fərqli olardı. Portuqaliya və Serbiya qrupda çox xal toplayıb. Yenidən mübarizəyə qoşulmaq üçün Portuqaliyanı məğlub etməli idik. Son oyunların bir çoxunu yüksək səviyyədə keçirmişik. Sadəcə, baxımlı oyunun nəticəyə də təsir göstərməsinə çalışmalıyıq. Bu gün qələbə qazana bilmədiyimiz üçün özümüzü təpikləyirik. Halbuki 3:1 və ya 4:1 hesablı qələbəyə layiq idik. Çünki çox qol şansı yaratdıq.Emin Mahmudovun qolu öldürücü zərbə idi. Bu top matçın gedişatını dəyişdi. Onun belə qollar vurduğunu bilirdik, həmin epizodda da önünü bağlamalı idik”.