
Aktual / Ölkə futbolu / Premyer-liqa
174
4.09.2021, 19:40
"Qarabağ" "Zirə" ilə yenə bacarmadı
Premyer-liqadakı fasilədən yararlanan "Qarabağ" və "Zirə" yoxlama oyununda üz-üzə gəlib.
"Football-plus.az" saytının məlumatına görə, "Azərsun Arena"da keçirilən görüş 1:1 hesabı ilə bitib.
Qarşılıqlı qolların vurulduğu matçda meydan sahiblərindən Xayme Romero, qonaqlardan isə Ağabala Ramazanov fərqlənib.