Avropada “transfer pəncərəsi” bağlanandan sonra “Liverpul” azarkeşlərinin bir hissəsi dərin xəyallara dalıb. Onlar Yürgen Kloppun sərancamındakı heyətin bir neçə turnirdə mübarizənin tempinə dözə bilməyəcəyindən, komanda üçün böyük hədəflərin əlçatmaz olacağından narahatdı.
Elə iki il əvvəl də eyni vəziyyət yaranmışdı. Həmin vaxt yay “transfer pəncərəsi” bağlananda komandaya yalnız Harvi Elliott, Sepp van den Berq, Adrian və Endi Lonerqan gəlmişdi. İki yeniyetmə və iki ehtiyat qapıçı. Avropanın yeni çempionlarının gücləndiyindən danışmaq olmazdı. Ancaq skeptiklərin susmaqdan başqa yolu qalmadı. “Liverpul” startda 81 mümkün xaldan 79-nu topladı, ölkədəki bütün rəqiblərini darmadağın etdi. “Qırmızılar”ın 1990-cı ildən bəri ilk dəfə taclandırılmasını qlobal pandemiya bir qədər əngəllədi.
Əlbəttə, rəqiblərin çapını nəzərə alanda bu dəfə eyni tryuku təkrarlamaq çox çətin olacaq. Ancaq 2019/20 mövsümünün xatirələri daxili ehtiyatlar hesabına da güclənməyin mümkünlüyünə işarədi. Böyük pullar xərcləmək hələ heç nəyi təminat altına almır. Bunu qol vurmadan, xal qazanmadan sonuncu pillədə qərarlaşan “Arsenal”la da dəqiqləşdirə bilərsiz.
2021-in yayını “Liverpul” üçün transferlər baxımından dəyərləndirməyiniz stəkanın yarısının boş, yoxsa yarısının dolu olması ilə bağlı məşhur məsələ bənzəyəcək. Klub üçün prioritet yön müdafiənin mərkəzini möhkəmləndirmək idi ki, mayın sonunda “Leyptsiq”dən mərkəz müdafiəçisi İbraima Konateni 35 milyon funta almaqla hədəfə çatdılar. Vircil van Diyk, Joel Matip, Co Qomes və Cordan Henderson ötən mövsümün ciddi zədələrini arxada qoymaqla yaxşı fiziki forma yığıblar. Titul qazanan komandanın özəyi bərpa olunub.
İdman direktoru Maykl Edvards əsasən aparıcı oyunçuları uzun müddət saxlamağa köklənib. Trent Aleksander-Arnold, Fabinyo, Alisson, Van Diyk, Endryu Robertson və Henderson yeni müqaviləyə imza atdığından bu istiqamətdə də vəziyyət yaxşıdı. Bu nümunələrdən sonra kimsə əlini yelləyirsə, iki gerçəyi inkar edir.
Birincisi, bütün bu uzatmalar dünya səviyyəli istadadları saxlamaq baxımından bahalı fəaliyyətdi. İkincisi, “Liverpul” uzun müddət ən yaxşı oyunçularını qorumaq uğrunda çalışıb. Xabi Alonso, Xavyer Masçerano, Fernando Torres, Luis Suares və Filip e Koutinyo ilə bağlı nümunələr yadınızdadı. Təsadüfi deyil ki, Klopp yaxınlarda əsl azarkeşlərin müqavilə müddətini uzatmaqla bağlı danışıqlara necə qiymət verəcəyi üzərində düşündüyünü deyib.
Ancaq o da aydındı ki, azarkeşlər Konatenin ardından daha bir-iki transferin olacağına nədən ümid edirdilər və indi heç kimin alınmmaasına görə pərişandılar. Müqavilə müddəti bitəndən sonra PSJ-yə üz tutan Corcinyo Viynalduma əvəzedici tapılmayıb. Bir neçə yarımmüdafiəçinin, o sıradan Münhenqladbax “Borussiya”sından Florian Noyhausun namizədliyi nəzərdən keçirilsə də, sövdələşmə baş tutmayıb. Klopp o fikirdədi ki, meydanın mərkəzində yetərincə oyunçusu var və cəlbedici yeniyetmə Elliottun yeni mövsümün ilk turlarında göstərdiyi oyun baş məşqçinin bu mənada seçim imkanını daha da genişləndirir.
Məhəmməd Salah, Sadio Mane, Roberto Firmino və Dioqo Jota üzərindəki yükü azaltmaq üçün bəlkə də hücumda yeni oyunçuya ehtiyac var. Ancaq Takumi Minamino olə Divok Oriciyə də inanmaq lazımdı.
Firmino ötən şənbə “Çelsi” ilə oyunda aldığı zədə üzündən bir neçə həftə meydandan kənarda qalmağa məcburdu. Digər tərəfdən, yanvarın əvvəlində Salahla Mane də Afrika Millətlər Kubokuna görə düşərgəni tərk edəcək. Klopp yanız oktyabrda 17 yaşını tamamlayacaq hücumçu Kayde Qordona böyük ümidlər bəsləyir.
Bəs nədən “Liverpul” “transfer pəncərəsi” dövründə bu istiqamətdə böyül addım atmadı. İlk növbədə pula görə. “Qırmızılar” satışdan gözlədiyi pulu əldə elə bilmədilər. Toplam 42,8 milyon gəlir o deməkdi ki, “Liverpul bu yay qazanc götürüb, ancaq bu rəqəm həm də müxtəlif bonusları özündə ehtiva edir. Bundan başqa, Uilsonun transferi ilə bağlı şərtlər belədi ki, “Fulhem” növbəti yaya qədər Uels yığmasının oyunçusu üçün 12 milyon funtu ödəməyə başlamayacaq.
Orici, Neko Uilyams və Nataniel Fillips üçün gözlənilən yüksək məbləğli təkliflər daxil olmadı. Yeni – dördillik müqavilə imzalamağa qərar verən, komandada qalan Fillips faktiki 5-ci mərkəz müdafiəçisidi. Hər halda, Deyan Lovren gedəndən sonra yerinə heç kimin alınmaması ilə şərtlənən, zədələrin müdafiədə böhran vəziyyətinə səbəb olduğu ötənilki durum təkrarlanmayacaq. Onda “Liverpul” müdafiənin mərkəzində oynatmağa futbolçu tapmırdı. Amma bu dəfə Kloppun komandası yaxşı komplektləşib.
Avropa futbolunda dəlicəsinə fəallığın yaşandığı son günlərdə “Liverpul” olanları kənardan izləyirdi. “Mançester Siti” və “Çelsi” Cek Qrilişlə Romelu Lukakunun transferinə böyük pullar xərclədi. “Mançester Yunayted” Ceydon Sanço, Rafael Varan və Kriştiano Ronaldonu dəvət etdi. Klopp yaxınlarda bu məqama belə münasibət bildirib: