Millimizin sabiq futbolçusu Pavel Paşayevin yeni klubu müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, 33 yaşlı müdafiəçi Ukraynanın 1-ci liqasında çıxış edən “VPK-Arqo”ya keçib.
Komanda cari mövsümdə keçirdiyi 6 oyundan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Paşayev bundan öncə Ukrayna premyer-liqa təmsilçisi "Aleksandriya"da çıxış edib. 2015 -20-ci illərdə isə yığmamıza dəvət alıb.