
Dünya futbolu
190
4.09.2021, 11:40
Məşhur futbolçular koronavirusa yoluxdular
Qranit Caka problemlə üzləşib. Ondan İsveçrə yığmasının düşərgəsində götürülən COVID-19 testi müsbət nəticə verib.
Bu səbəbdən Yunanıstanla yoldaşlıq görüşünü (2:1) buraxan “Arsenal”ın 28 yaşlı yarımmüafiəçisi böyük ehtimalla DÇ-2022-nin İtaliyaya qarşı sentyabrın 5-də keçiriləcək seçmə oyununda da iştirak edə bilməyəcək.
Olivye Jiru da koronavirusa yoluxub. “Milan”ın hücumçusu artıq bir neçə gündü özünütəcrid vəziyyətindədi. 34 yaşlı fransalı bu səbəbdən milli komandasına Bosniya və Hersoqovina ilə seçmə oyunda (1:1) kömək edə bilməyib. Jirunun avqustun 29-dan həmklubları ilə təmasda olmadığı bildirilib.