“Biz ağır bir oyundan sonra bura gəlmişik. Lüksemburqla görüşün ikinci hissəsində keyfiyyətli oyun göstərə bildik. Fikirləşirəm ki, birinci və ikinci 45 dəqiqə arasında böyük fərq oldu”.
Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib. İtaliyalı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya - Azərbaycan oyunundan öncə mətbuat konfransında iştirak edib. Baş məşqçi start heyətilə bağlı böyük ölçüdə qərarını verdiyini də deyib:
“Lazımı nəticə ilə evə qayıtmaq istəyiriksə, sabah birinci saniyədən son saniyəyədək mübarizə aparmaq vacibdi. Qrupumuzda bütün rəqiblər reytinq baxımından bizdən öndədi. Bu, bizim üçün bir bəhanə olmamalıdı. Çalışmalı və maksimum gücümüzü meydanda qoymalıyıq ki, evə yaxşı nəticə ilə qayıdaq. Lüksemburqla ikinci hissədə çıxış edən futbolçuların çoxu oynayacaq. İlk növbədə onların fiziki durumuna və nə dərəcədə bərpa olunduqlarına baxmalıyıq. Bu 3 oyun bizim üçün asan deyil. Bu hər bir insanın başına gələ bilər. Hər bir məğlubiyyətdən sonra insanın ürəyində revanş hissi qalır. Elə bil sənə bir yumruq vururlar, sən də qaytarmaq istəyirsən. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanın bayrağını zirvələrə qaldıraq”.