DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq İrlandiya millisinin heyətində dəyişiklik edilib.
“Football-plus.az” saytının məlumatına görə, bunu baş məşqçi Stiven Kenni açıqlayıb. O, koronavirus səbəbindən heyətdən çıxarılan Kallum Robinson, Alan Braunu komandaya qaytarıb. Həmçinin, Liam Skales yığmaya cəlb olunub.
Qeyd edək ki, daha öncə Dara Oşi və Natan Kollinz zədə səbəbindən İrlandiya millisinin heyətdən çıxarılıb.