Madrid "Real”ı heyətini üç futbolçu ilə gücləndirməyə hazırlaşır.
“Football-plus.az” saytının məlumatına görə, "kral klubu"nun rəhbərliyi PSJ-nin oyunçusu Kilian Mbappe, “Borussiya”nın forvardı Erlinq Holann və "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Poqba və Mbappe hazırda klubları ilə yeni müqavilə haqda razılıq əldə edə bilməyib. Holannın "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayında bitsə də, oyunçunun 75 milyon avro qarşılığında sərbəst qalma bəndi bu ildən qüvvəyə minib.