
Dünya futbolu
373
3.09.2021, 13:40
“Legiya” Mahirə görə hücumçusunu göndərdi
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" hücumçusu Matsey Rosoleki icarəyə verib.
“Football-plus.az” saytının məlumatına görə, Varşava klubu 20 yaşlı futbolçunu"Arka"ya göndərib.
Müqavilə müddəti bitən hücumçu "Legiya"ya geri dönsə də, varşavalılar ona Emreli ilə rəqabət apara bilməyəcəyini izah edərək, başqa kluba keçməyi məsləhət görüb.
Qeyd edək ki, Rosolek ötən mövsüm Qdinya təmsilçisində icarə əsasında çıxış edib və bu komandada 16 matçda 10, Polşa kubokunda 1 qol vurub. Forvard bu mövsüm avrokubok oyunları üçün sifariş olunsa da, meydana çıxmayıb.