
Dünya futbolu
343
3.09.2021, 12:30
İtaliya dünya rekordunu təkrarladı
İtaliya yığması artıq dünya rekordçusudu.
"Football-plus.az" saytının məlumatına görə, Avropa çempionatının son qalibi buna DÇ-2022-nin Bolqarıstanla oyununda nail olub.
Florensiyada keçirilən matç 1:1 hesabıyla nəticələnib. İtaliya millisi bununla da Roberto Mançininin rəhbərliyi altında məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb. “Skuadra adzurra” bu göstəriciyə əsasən İspaniya (2007-09) və Braziliya (1993-96) yığmalarının müəyyən etdiyi dünya rekordunu təkrarlayıb.
Xatırladaq ki, Mançinili İtaliya sonuncu dəfə 2018-ci il sentyabrın 10-da Millətlər Liqasının seçmə mərhələsində Portuqaliyaya məğlub olub (0:1).