“Qrupun aşkar favoritinə qarşı oynadıq”
“Football-plus.az” saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç deyib.
Mütəxəssis AÇ-2023-ün seçmə mərhələsinin Xorvatiyaya səfərdə 0:2 hesablilə uduzduqları oyunu şərh verib:
"İlk hissədə sadə səhvlərə yol verdik, futbolçular qeyri-dəqiq ötürmələrlə yadda qaldı. Demək olar ki, rəqib ilk hissədə bizə oynamağa imkan vermədi. Buna görə də, taktiki və fiziki cəhətdən daha hazırlıqlı olan Xorvatiya yığması fasiləyə kimi iki dəfə bizi məyus etdi. Lakin ikinci hissədə əvəzetmələr sayəsində hücum qurduq, topa nəzarət edə bildik. təəssüf ki, əlimizə düşən şanslardan yararlana bilmədik. Qarşıda bizi Avstriya millisi ilə oyun gözləyir. Ümid edirəm ki, Xorvatiya yığmasına qarşı görüşdə buraxdığımız səhvləri təkrarlamayacağıq".