
Daha 1 qızıl medal qazandıq - YENİLƏNİR
Tokioda Paralimpiya Oyunları davam edir.
"Football-plus.az" saytının məlumatına görə, bu gün daha 4 təmsilçimiz mübarizəyə başlayıb.
Taekvondoda Əbülfəz Abuzərli (K44) 75 kq çəkidə təsəlliverici görüşdə rəqibinə məğlub olub, mübarizəni dayandırıb.
Üzgüçülülərimizdən Vəli İsrafilov (S12)100 metrə baterflyay üzrə 1.10.59 nəticə göstərərək mübarizəni dayandırıb.
Roman Saley (S12) 100 m məsafəyə bu növdə 57.81 saniyə göstərici ilə birinci yeri tutub. Bunadək brass və sərbəst üsulla 100 m üzərək çempion adını qazanan Saley aktivinə 3-cü qızıl medalı yazdırıb.
Atletikada Samir Nəbiyev (F57) nüvəitələmədə 13.12 metr nəticə göstərərək yarışı 7-ci pillədə tamamlayıb.
Qeyd edək ki, Azərbaycan millisinin Tokio-2020-dəki medal sayı 17-yə çatıb. Bunlardan 12-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.