“Oyunla bağlı nəsə demək çətindi".
Bu sözləri "Football-plus.az" saytına açıqlamasında Yunis Hüseynov deyib. Tanınmış mütəxəssis yığmamızın DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmanı dəyərləndirib:
“1-ci hissədə yaxşı oyun göstərə bilmədilər. Amma fasilədən sonra komanda pis oynamadı. Çünki 2-ci yarıda daha sürətli futbolçular meydana çıxdı. Ona görə daha yaxşı oyun sərgilədilər. Təəssüf ki, məğlub olduq. Komandanın baş məşqçisinin seçimi belədi. Başqa deyiləsi bir şey yoxdu. Qarşıdakı oyunlarda yığmaya uğurlar arzu edirik".
GÜNAY VƏLİYEVA