Aaron Van-Bissaka başına iş açıb. O, qanunu pozmaqda ittiham olunur.
“Mançester Yunayted”in müdafiəçisi avtomobili idarə etməklə bağlı üç fakt üzrə istintaqa cəlb olunub. 23 yaşlı futbolçu Mançester şəhər məhkəməsində ifadə verərkən sürücülük hüququndan məhrum ediləndən sonra sükan arxasına keçdiyini, avtomobili etibarnamə və sığorta sənədi olmadan idarə etdiyini boynuna alıb.
Bu faktlar Aaron iyunun 23-də yol-patrul xidmətinin əməkdaşları tərəfindən dayandırılarkən qeydə alınıb. Xatırladaq ki, o, daha əvvəl maşını yol verilən həddən artıq sürətlə idarə etdiyi üçün sürücülük hüququndan məhrum edilmişdi. MY-nin oyunçusu hələlik girov qoymaqla sərbəst buraxılıb. Onun məsələsinə daha sonra baxılacaq.