"Qəbələ" ciddi itki ilə üzləşib.
"Football-plus.az" saytının məlumatına görə, "qırmızı-qaralar"ın futbolçusu Rüfət Əhmədov zədələnib. 19 yaşlı müdafiəçinin diz bağlarında problem olduğu aşkarlanıb.
U-21 yığmamızın da heyətindən kənarlaşdırılan gənc oyunçu ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
O, ölkə çempionatının 2-ci turunda "Keşlə" ilə matçın 87-ci dəqiqəsində zədələnərək oyunu tərk edib.
Qeyd edək ki, Rüfət Əhmədov karonavirusa da yoluxub.