"Olimpiakos"un "Neftçi"dən transfer etdiyi Mamadu Kane Afina təmsilçisinin telekanalına təəssüratını bölüşüb.
“Football-plus.az” saytının məlumatına görə, 24 yaşlı qvineyalı dayaq yarımmüdafiəçisi sevgisinə qovuşduğunu söyləyib:
"Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Neftçi"nin heyətində "Olimpiakos"a qarşı oynayanda buranı çox bəyəndim. Komandaya dəstək verən azarkeşlər çox gözəl ab-hava yaratmışdılar. "Olimpiakos" sevgi hekayəsidi. Bu klubu ilk andan çox sevirdim. Xəyalım burda kuboklar və titullar qazanmaqdı. Artıq bu ailənin üzvüyəm. Komanda yoldaşlarımla birlikdə azarkeşlərimizi qürurlandırmaq və kuboklar qazanmaq üçün mübarizə aparacağıq".