
Aktual / Dünya futbolu
205
2.09.2021, 15:10
Millidə ciddi itki
Ötən gün DÇ-2022-nin seçmə mərhələsinin 4-cü turunda Fransa millisi Bosniya və Hersoqovina ilə üz-üzə gəlib.
"Football-plus.az" saytının məlumatına görə, "xoruzlar"ın və PSJ-nin ulduz futbolçusu matçda zədə alıb. Ayağında ağrılar hiss edən Kilian Mbappe oyuna davam edə bilməyib və ikinci hissənin əvvəlində əvəzlənib.
22 yaşlı hücumçu bu gün tibbi müayinədən keçəcək və zədəsinin nə qədər ciddi olduğu müəyyənləşəcək.
Qeyd edək ki, Fransa növbəti oyunu sentyabrın 4-də səfərdə Ukraynaya qarşı keçirəcək.