Paralimpiyaçı Aynur Məmmədova sosial şəbəkədə paylaşım edib.
“Football-plus.az” saytının məlumatına görə, bir neçə gün öncə koronavirus testi müsbət çıxaraq yarışdan kənarlaşdırılan taekvondoçu məyusluğunu gizlətməyib: “İllərlə hazırlaşdım. Canımı, həyatımı qurban verdiyim Paralimpiya Oyunlarından məni koronavirus ayırdı. COVİD-19 qızıl medalı əlimdən aldı, canımı almasın”.