İki ildən sonra yenidən “Yuventus”un başına keçən Massimiliano Alleqri ilə rəhbərlik arasında münasibətlərdə sərinlik yaranıb.
Baş məşqçi klubun bu yay reallaşdırdığı transfer əməliyyatlarından o qədər də razı qalmayıb.
İtaliya mənbələrinə görə, 54 yaşlı mütəxəssis kluba qayıdarkən bosslardan orta xətdə oynayan və universal keyfiyyətlərə malik futbolçunun transferini istəyib. Alleqri komandanın sabiq yarımmüdafiəçisi Miralem Pyaniçin bu funksiyaya daha uyğun gəldiyini hesab edirdi. Lakin klub onun qayıdışı üçün danışıq apardığı “Barselona” ilə razılığa gələ bilməmişdi. Bu səbəbdən Alleqrinin orta xətdə oyun quruculuğu funksiyasını kimə həvalə edəcəyi ilə bağlı çətinlik çəkdiyi qeyd edilir.