Türkiyə yığması dünən DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində öz meydanında Monteneqro ilə oyunda 2 topluq üstünlük yaxalasa da, bu hesabı qoruya bilməyərək çox vacib 2 xal itirdi.

Özü də nəzərə alaq ki, qrupun Norveç ilə Niderland arasında baş tutan digər oyununda bərabərlik qeydə alındı. Düzdü Türkiyənin liderliyi davam edir. Amma qardaş ölkə qələbə qazansaydı, qrupda ən yaxın rəqibini indiki kimi 1 yox, 3 xal qabaqlayacaqdı.

Özü də Monteneqro bərabərlik qolunu əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə vurdu! Radunoviç cərimə zərbəsini mükəmməl yerinə yetirərək komandasını məğlubiyyətdən xilas etdi. Bu epizodda yaşananlar türkiyəli fanatlar tərəfindən sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Birincisi, ''canlı sədd"ə cəmi 3 futbolçunun dayanması birmənalı qarşılanmadı. İkincisi, qapıçı Altay Bayındır faktiki olaraq qoruduğu küncdən topu buraxdı. Gənc qapıçı oyundan sonra həmin epizod barədə danışarkən bir anlaşmazlıq olduğunu dedi:

''Canlı sədd"ə 4 oyunçunun dayanmasını tələb etmişdim. Amma səs-küydən bir anlaşmazlıq oldu və orda 3 futbolçu dayandı. Buraxdığımız qolları bir daha analiz edəcəyik. Bu da bizim üçün acı bir təcrübə oldu. Amma həvəsdən düşmədən yolumuza davam etməliyik. Çünki hələ də liderik''.


Qalmaqal doğuran məqam odu ki, zərbədən öncə kapitan Burak Yılmaz Enes Ünalı az qala əliylə ''canlı sədd'ə doğru itələyərək komanda yoldaşının orda dayanmasını tələb etmişdi. Amma Enes bu tələbi geri çevirərək müdafiəçilərə kömək etməyə çalışdı.

Qeyd edək ki, son oyunlarda Türkiyənin qapısını ''Trabzonspor''lu Uğurcan Çakır qoruyurdu. Amma Şenol Günəş bu dəfə Altay Bayındıra güvəndi. Gənc qapıçı ''Fənərbaxça''da mövsümə əla başlayaraq superliqanın ilk 3 turunda qol buraxmamışdı.

Bundan başqa Monteneqronun bərabərlik qolundan sonra ''Vodafon Park''a toplaşanların Günəşi istefaya dəvət etməsi diqqət çəkdi. Təcrübəli mütəxəssis oyundan sonrakı mətbuat konfransında bununla bağlı suala belə cavab verib:

''Fanatların öz tələblərini bildirmək haqqı var. Onlara ''nə üçün belə edirsiz'' deyə bilmərəm. Futbolda həmişə belədi. Qalib gələndə alqışlanırsan. Uğursuzluq zamanı isə tənqid olunursan. Fanatlar da ən azı bizim qədər üzgündü. Bu məqamda kimisə günahlandırmaq elə də yaxşı çıxış yolu deyil''.

Son xəbərlər

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Bütün xəbərlər