
Dünya futbolu
251
2.09.2021, 13:10
Milli futbolçu koronavirusa yoluxub
Belarus yığması DÇ-2022-nin növbəti seçmə oyunları ərəfəsində problemlə üzləşib.
Komandanın qapıçısı koronavirusa yoluxub. Yeqor Xatkeviçdən götürülən COVID-19 testi müsbət nəticələnib.
O, bu səbəbdən milli komanda ilə Çexiyaya qarşı bu gün Ostrava şəhərində keçiriləcək səfər oyununa yollanmayıb.