“Latsio” heyətini yeni futbolçu ilə gücləndirib.
“Football-plus.az” saytının məlumatına görə, paytaxt təmsilçisi “Verona”dan Mattia Zakkanyini icarə əsasında heyətinə qatıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayına qədər “Latsio”da çıxış edəcək.
Qeyd edək ki, “Roma” mövsümün sonunda 15 milyon avro ödəməklə italyan futbolçunun transfer hüququna sahib ola bilər.