“İlk hissədə oyuna daha çox nəzarət edən tərəf biz idik. Əlbəttə, bunda erkən qol vurmağımızın da səbəbi vardı".
Football-plus.az saytının məlumatına görə, bu sözləri Lüksemburq millisinin baş məşqçisi Luk Holtz deyib. O, DÇ-2022-in seçmə mərhələsində Azərbaycan yığmasına qalib gəldikləri qarşılaşma haqda fikirlərini bildirib. Rəqibin çalışdırıcısı qələbəni belə şərh edib:
"Komandamın oyununda razı qaldım. İkinci hissədə rəqibin daha çox üzərimizə gələcəyini gözləyirdik. Elə də oldu. Cərimə zərbəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaltdı. Xüsusən, oyunun sonları bizim üçün asan keçmədi. Üç oyundan 6 xal toplamışıq. Təbii ki, bu nəticə məni olduqca qane edir”.