
Yığma / Manşet
320
2.09.2021, 01:20
De Byazi Lüksemburqa qarşı ilk "11-lik"də meydana çıxan futbolçuları seçməyinin səbəbini açıqladı
“İlk hissədə öz potensialımızdan aşağı oyun nümayiş etdirdik. 2 lazımsız qol buraxdıq".
"Fooball-plus.az" saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi deyib. İtaliyalı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində yığmamızın 1:2 hesabı ilə məğlub olduğu Lüksemburqla oyundan sonra mətbuat konfransında iştirak edib. Baş məşqçimiz məğlubiyyəti belə aydınlıq gətirib:
"Fikirləşirəm ki, ilk hissədə aqressiya və istək baxımından rəqibimizə uduzurduq. Fasilədə etdiyimiz 3 əvəzetmədən sonra oyun dəyişdi. İkinci hissənin 12-ci dəqiqəsindən oyunu ələ aldıq. Bundan sonra çox yaxşı imkanlarımız oldu. Heyf ki, bunlardan yararlana bilmədik. Oyundan sonra uşaqlara dedim ki, ilk dəqiqələrdən istəkli olmalıyıq. Belə oyunlarda, belə komandalara qarşı ehtiyatlı oynamalıyıq. Hansı ki, bir çox oyunçuları beynəlxalq səviyyəli oyunlarda çıxış edirlər. Problem tək heyətlə bağlı deyil. Oyuna daha tez və hazırlıqlı girməliyik. İlk hissədə geridən çıxmaqda çox çətinlik çəkdik. Çox vaxt topu boşu-boşuna rəqibə verirdik. Hazırlıq müddətdə bunun üzərində çox işləmişik, amma ilk hissədə yerinə yetirə bilmədik. Təbbi ki, ikinci hissə tam fərqli oldu. Ayın 25-dən bəri bəzi oyunçularla məşq edirik. Avqustun 28-i bizə digər futbolçular qoşuldular. Bütün komanda ilə birgə cəmi 1 məşq keçmişik. Başa düşürəm ki, bir çoxları heyətə bağlı qərarıma təəccüblənirlər. Amma kimi daha çox görmüşüksə, kimlə daha çox hazırlaşmışdıqsa, onlarla oynamağa qərar verdik. Növbəti oyun haqda sabahdan düşənəcəm. Səhər məşq edək görək ki, uşaqlar nə vəziyyətdədi. İki gün sonra Dublində sonuncu məşqimizi keçəcəyik. Orda biləcəyik ki, İrlandiya ilə matçda kim oynayacaq, kim yox. Fiziki baxımdan daha hazırlıqlı olanları, 90 dəqiqə oynaya bilənləri seçəcəm. Çünki İrlandiya çox güclüdü. Bizi çox ağır oyun gözləyir”.