“Neftçi” futbolçu Mamadu Kaneni Yunanıstanın “Olimpiakos” klubuna satıb.
Tərəflər arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında flaqmanın heyətində çıxış edəcək.
Qeyd edək ki, Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib və 2020/21 mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub.