
İdman / Dünya futbolu
312
1.09.2021, 18:30
"Qarabağ”ın rəqibi heyətini gücləndirdi
"Qarabağ"ın Konfrans liqasının qrup mərhələsindəki rəqiblərindən "Omoniya" heyətini yeni qapıçı ilə gücləndirib.
“Football-plus.az” saytının məlumatına görə, Cənubi Kipr təmsilçisi son olaraq APOEL-də çıxış edən Frensis Uzoho ilə anlaşıb. Nigeriya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Cənubi Kipr və Ağdam təmsilçisi arasında ilk matç sentyabrın 30-da Nikosiyada, təkrar qarşılaşma isə noyabrın 25-də Bakıda keçiriləcək.