PSJ heyətini daha bir futbolçu ilə gücləndirib.
“Football-plus.az” saytının məlumatına görə, Liqa1 təmsilçisi Nunu Mendeşi icarəyə götürüb.
Portuqaliya “Sportinq”inin 19 yaşlı müdafiəçisi 2022-ci ilin yayına qədər PSJ-də oynayacaq.
Qeyd edək ki, icarə üçün Paris təmsilçisi oyunçuya görə 7 milyon avro ödəyəcək. Fransa klubu növbəti mövsüm müdafiəçini transfer etmək istəsə, 40 milyon ödəməlidi.