İsveç millisinin qapıçısı Robin Olsen karyerasını İngiltərədə davam etdirəcək.
“Football-plus.az” saytının məlumatına görə, “Roma” qapıçını icarəyə göndərib. Olsen “Şeffild Yunayted”də çıxış edəcək.
Qeyd edək ki, Robin 2018-ci ildə “Kopenhagen”dən “Roma”ya transfer olunub. 9 milyon avroya alınan qapıçının müqaviləsi 2022-ci ildə başa çatacaq.
Nəzərinizə çatdıraq ki, Olsen ötən mövsüm “Everton”da icarədə olub.