AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
“Football-plus.az” saytının məlumatına görə, yığıncaqda “Keşlə”nin müraciətinə baxılıb.
Tribunal apelyasiya şikayətini təmin etməyib. Bununla da AFFA İntizam Komitəsinin “Keşlə” və futbolçusu Şəhriyar Əliyev barədə verdiyi qərar qüvvədə saxlanılıb. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.
Qeyd edək ki, AFFA 2-ci turun “Qəbələ” ilə matçında birbaşa qırmızı vərəqə alan futbolçunu 4 oyunluq diskvalifikasiya edib, klubu 3200 manat cərimələyib.