Bu gün DÇ-2022 seçmə mərhələsində Lüksemburq millisi Azərbaycan yığması ilə üz-üzə gələcək.
Hazırda bu ölkədə olan "CBC Sport" kanalının şərhçisi Pərviz Musayev şəhərdə ermənilərin mitinq keçirdiyini bildirib. Tanınmış jurnalist mənfur düşmənin oyun zamanı təxribat törədə biləcəyini qeyd edib . O, bu haqda şəxsi "feysbuk" hesabında post paylaşıb:
“Qənimətlər parkı”ndakı boş erməni dəbilqələri bunlara necə od qoyubsa, hələ də özlərinə gələ bilmirlər. Şərəfsizlər bugünkü Lüksemburq - Azərbaycan oyunu ilə əlaqədar Lüksemburqda erməni konsulluğunun təşəbbüsü ilə öz aləmlərində “mitinq” təşkil ediblər. Sayları çox deyildi, uzağı 15-20 nəfər olardılar. Biri şəkil çəkdiyimi görüb mənə yaxınlaşdı, hardan olduğumu soruşdu. Əvvəlcə Gürcüstandan olduğumu dedim. Mənə məzlum erməni xalqının üzləşdiyi “problemlərdən”, Azərbaycanın müharibə tərəfdarı olmasından danışaraq axşam oyuna gəlib, Azərbaycana etiraz bildirmək xahişini etdi. Danışandan sonra Azərbaycandan olduğumu deyəndə şoka düşdü. Deməli, axşamkı oyunda yenə təxribat ola bilər".