“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
“Qırmızı-qaralar” iordaniyalı Omar Hani ilə anlaşıb. 22 yaşlı cinah yarımmüdafiəçisi ilə "1+1" illik müqavilə imzalanıb.
Peşəkar karyerasına vətənində başlayan Omarın ilk klubu "Əl-Faysali" olub. O, 2019-cu ildə Cənubi Kipr təmsilçisi APOEL-ə keçib. 2019-21-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020/21 mövsümündə icarə əsasında Nikosiya “Olimpiakos”sunda da çıxış edib.
İordaniyanın U-19 və U-23 milli komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib.
Qeyd edək ki, bu transferin artıq razılaşdırıldığını "Football-plus.az" saytı dünən açıqlamışdı.