Belçika “Qran-pri”si “Formula-1” tarixinə ən unikal yürüşlərdən biri kimi düşəcək.
İş ondadı ki, yağışlar bu mərhələni keçirməyə imkan vermədi. Startöncəsi dram “Red Bull”un pilotu Serxio Peresin, ümumiyyətlə, mübarizəyə qatılmasını əngəllədi. Meksikalı start məhəccərinə gedən yolda bolidini necə əzdisə, mexaniklər onu starta hazırlaya bilmədi. Bu üzdən start 25 dəqiqəliyə təxirə salındı, isinmə dövrəsi isə təhlükəsizlik maşınının arxasınca baş tutdu. İki dövrədən sonra təşkilatçılar trassda görmənin məhdudluğu üzündən qırmızı bayraq yellədilər.
Pit-leynə qayıdan pilotlar uzun müddət yürüşün başlayıb-başlamayacağı ilə bağlı xəbər gözlədilər. Bu fasilə zamanı yarışın rəhbərliyi mexaniklər bolidi təmir edəcəyi halda, “Red Bull”a Peresi mübarizəyə qoşmaq icazəsi verdi. Ancaq əsas problem yarışın startı ilə bağlı idi. Çətin hava şəraiti və 0 görmə mübarizəyə başlamağ imkan vermirdi. İlkin startdan 3 saat sonra Maykl Mosli yarışın bərpasına icazə verdi, ancaq yenə təhlükəsizlik maşınının arxasınca. Trassda şərait bir qədər də pisləşmişdi, yəni real mübarizə gözləməyə dəyməzdi. 2 dövrə sonra yenidən qırmızı bayraq qalxdı. Bu dəfə yarış birdəfəlik dayandırıldı. Rəhbərlik 4 saat sürən gözləmədən sonra mübarizəni bitirməyə qərar verdi. Maks Ferstappen mərhələnin qalibi sayıldı, Corc Rassel və Lüis Hemilton qəribə podiumu qapadı.
Təsnifat mərhələsi
1. Maks Ferstappen (Niderland) 1.59,765
2. Corc Rassell (B.Britaniya) 2.00,086
3. Lüis Hemilton (B.Britaniya) 2.00,099
4. Daniel Rikkyardo (Avstraliya) 2.00,864
5. Sebastyan Fettel (Almaniya) 2.00,935
6. Pyer Qasli (Fransa) 2.01,164
7. Serxio Peres (Meksika) 2.02,112
8. Valtteri Bottas (Finlandiya) 2.02,502
9. Esteban Okon (Fransa) 2.03,513
10. Lando Norris (B.Britaniya) –
11. Şarl Lekler (Monako) 1.57,721
12. Nikolya Latifi (Kanada) 1.58,056
13. Karlos Sayns (İspaniya) 1.58,137
14. Fernando Alonso (İspaniya) 1.58,205
15. Lens Stroll (Kanada) 1.58,231
16. Antonio Covinatsi (İtaliya) 2.02,306
17. Yuki Sunoda (Yaponiya) 2.02,413
18. Mik Şumaher (Almaniya) 2.03,973
19. Kimi Raykkonen (Finlandiya) 2.04,452
20. Nikita Mazepin (Rusiya) 2.04,939
Həlledici mərhələ
14,008 km (7004 metrlik 2 dövrə)
1. Maks Ferstappen Red Bull 3.27,071
2. Corc Rassell Uilyams +2,198
3. Lüis Hemilton Mersedes +3,518
4. Daniel Rikkyardo Maklaren +5,951
5. Sebastyan Fettel (Aston Martin) +7,894
6. Pyer Qasli AlfaTauri +10,275
7. Esteban Okon Alpine +11,791
8. Şarl Lekler Ferrari +13,217
9. Nikolya Latifi Uilyams +15,634
10. Karlos Sayns Ferrari ++16,961
11. Fernando Alonso Alpine +20,259
12. Valtteri Bottas Mersedes +21,946
13. Antonio Covinatsi Alfa Romeo +23,530
14. Lando Norris Maklaren +26,085
15. Yuki Sunoda AlfaTauri +28,781
16. Mik Şumaher Haas +30,900
17. Nikita Mazepin Haas +32,687
18. Lens Stroll Aston Martin +34,838
19. Kimi Raykkonen Alfa Romeo +36,322
20. Serxio Peres Red Bull +38,690
Şəxsi birincilik
1. Lüis Hemlton 202,5 xal
2. Maks Ferstappen 199,5
3. Lando Norris 113
4. Valtteri Bottas 108
5. Serxio Peres 104
6. Karlos Sayns 83,5
7. Şarl Lekler 82
8. Daniel Rikkyardo 56
9. Pyer Qasli 54
10. Esteban Okon 42
11. Fernando Alonso 38
12. Sebastyan Fettel 35
13. Yuki Sunoda 18
14. Lens Stroll 18
15. Corc Rassell 13
16. Nikolas Latifi 7
17. Kimi Raykkonen 2
18. Antonio Covinatsi 1
Mühəndislər kuboku
1. Mersedes 310,5 xal
2. Red Bull 303,5
3. Maklaren 169
4. Ferrari 165,5
5. Alpine 80
6. AlfaTauri 72
7. Aston Martin 53
8. Uilyams 20
9. Alfa Romeo 3