''Qalatasaray''da nəhayət Radamel Falkao problemi yoluna qoyuldu.

Başqan Burak Elmas illik məvacibi bonuslarla birlikdə 5 milyon avroya çatan kolumbiyalı forvarddan hələ bir ay öncə özünə yeni klub tapmasını tələb etmişdi. Bu məsələ dünən rəsmən həllini tapdı və klubdan verilən açıqlamada Falkao ilə müqavilənin qarşılıqlı şəkildə pozulduğu qeyd olundu. Ünlü futbolçunun Devid Bekhemin prezidenti olduğu ''İnter Mayami''yə keçəcəyi gözlənilirdi. Amma tərəflər anlaşa bilməyincə Falkao Madrid təmsilçisi ''Rayo Valyekano''nun təklifini qəbul edib. Tərəflər arasında ''1+1'' illik anlaşma əldə olunub. Falkao gələn il baş tutacaq mundialda iştirak etmək istədiyi üçün daimi oynaya biləcəyi bir kluba üstünlük verib. Rəsmi olaraq açıqlanmasa da Türkiyə mətbuatının yazdığına görə İstanbul nəhəngi Falkaonun məvacibinin bir qismini ödəməkdə davam edəcək. ''Valyekano'' la liqada mövsümün debütantıdı və ilk 3 tura 3 xal toplayıb. 35 yaşlı forvard karyerasında ikinci dəfə Madrid klubunun şərəfini qoruyacaq.

Falkao 2011-13-cü illərdə Madridin digər təmsilçisi ''Atletiko''da top qovmuşdu. O, 2 mövsüm ərzində 91 rəsmi oyuna 71 qol vuraraq önəmli performans sərgiləmişdi.

Beləliklə, Falkaonun ''Qalatasaray'' karyerası cəmi 2 mövsüm davam etdi. Bu müddətdə o, zədə və digər səbəblər üzündən 53 rəsmi oyunda ''sarı-qırmızılar''a kömək edə bilmədi! 2019-cu ildə azad agent statusunda ''Monako''dan gələn Falkao ''Qalatasaray''da yalnız 43 rəsmi oyuna çıxaraq 20 qol, 3 məhsuldar ötürməylə yadda qaldı.

Son xəbərlər

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Karateçimiz Dünya Oyunlarında iştirak edəcək

"Qarabağ"la oyun öncəsi son məşq - FOTOLAR

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

Bütün xəbərlər