“Partizan”ın baş məşqçisi Jelko Obradoviçin fikrincə, MBA-da avropalı məşqçilərə qərəzli yanaşırlar.
İndiyi qədər Şimali Amerika liqasında işləməyən 61 yaşlı serbin fikirləri:
“MBA ilə bağlı heç vaxt ciddi danışıqlarım olmayıb. Bir neçə il əvvəl məni söhbətləşməyə çağırmışdılar, ancaq bu mənim üçün maraqlı deyildi. Mənim haqqımda nə bilmək olarsa, artıq məlumdu. MBA-da avropalı məşqçiləri sevmirlər”.
Xatırladaq ki, Obradoviç indiyə qədər “Fənərbaxça”, “Panatinaikos”, “Real” və Serbiya yığmasını da çalışdırıb.