“Neftçi” fasilə dönəmində yoxlama matçı keçirməyəcək.
“Football-plus.az” saytının verdiyi məlumata görə, millimizin DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarına görə yaranan fasilədən istifadə edən "Neftçi" bu gün məşqləri bərpa edib. Məşqçilər korpusu bunu heyət üzvlərinin hamısının düşərgədə olmaması ilə əsaslandırıb.
Qeyd edək ki, “ağ-qaralar”ın heyətindən Sabir Buqrin, Emin Mahmudov, Mamadu Kane əsas yığmada, İsmayıl Zülfüqarlı, Asim Əlizadə, Fərid Yusifli, Vüsal Əsgərov və Mert Çelik U-21-in düşərgəsindədir.