“Neftçi”nin ilk prezidenti Aydın İbrahimov koronavirusa yoluxub.
“Football-plus.az” saytının məlumatına görə, sərbəst güləş üzrə dünya və Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısının vəziyyəti ağırdı.
Qeyd edək ki, İbrahimov 1988-97-ci illərdə “Neftçi”nin prezidenti olub. O, SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi adına layiq görülüb.