
Dünya futbolu
173
31.08.2021, 14:50
Henderson da imzaladı
“Liverpul” aparıcı oyunçularını qorumaq üçün növbəti addım atıb.
"Football-plus.az" saytının məlumatına görə, klub daha bir üzvü ilə müqavilə yeniləyib.
Komandanın kapitanı Cordan Hendersonla aparılan danışıqlar da müsbət nəticələnib. İngiltərə klubunun rəsmi saytının xəbərində 31 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalandığı bildirilir.
“The Athletic” qəzeti isə Henderson ilə yeni sözləşmənin müddətinin 2025-ci ilin yayınadək razılaşdırıldığını yazıb. Cordan “Liverpul”da 2011-ci ildən oynayır.
Yeri gəlmişkən, ondan əvvəl qapıçı Alisson Beker, müdafiəçilər Vircil van Diyk, Trent Aleksander-Arnold, Endryu Robertson və yarımmüdafiəçi Fabinyo ilə müqavilə yenilənmişdi.