DÇ-2022-nin seçmə oyunları çərçivəsində İrlandiya və Azərbaycanla qarşılaşacaq Portuqaliya yığması ciddi itki ilə üzləşib.
“Football-plus.az” saytının məlumatına görə, Qonsalo İnasio heyətdən çıxarılıb. Səbəb müdafiəçinin zədələnməsidi. Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Rikardo Pereyra da zədə səbəbindən heyətdən çıxarılmışdı.
Qeyd edək ki, Portuqaliya millisi sentyabrın 1-də İrlandiyanı qəbul edəcək. Azərbaycanla oyun isə sentyabrın 7-də Bakıda olacaq.