
"Barselona" Messinin yerini onunla doldurmaq istəyir
"Transfer pəncərəsi"nin bağlanmasına saatlar qalmış "Barselona" heyətini yeni hücumçu ilə gücləndirməyə qərar verib.
"Football-plus.az" saytının məlumatına görə, Kataloniya təmsilçisi Lionel Messinin yerini başqa bir cənubi amerikalı futbolçu ilə doldurmağa çalışır.
"Göy-qırmızılar" "Mançester Yunayted"də çıxış edən Edinson Kavani ilə maraqlanır. Kristiano Ronaldonun "qırmızı şeytanlar"a keçidindən sonra hazırda oyunçu ilə rəhbərlik arasında "7 nomrə" problemi yaşanmaqdadı. Uruqvaylı hücumçu portuqaliyalıya öz formasını yalnız klubdan gedəci halda verəcəyini bildirib.
"Barselona" rəhbərliyi Kavani ilə bu gün müqavilə bağlamağa çalışacaq. Oyunçunun keçidində yeganə problem qiymət məsələsidi. Amma "Mançester Yunayted"in məbləğdə endirim edəcəyi bildirilib.