Bu gün Azərbaycan üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
O, uğuru barədə düşüncələrini bölüşüb:
"Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Qalib gəldiyim üçün çox şadam. Bu, mənim Tokio Paralimpiadasında 2-ci qızıl medalımdı. Necə deyərlər, bundan sonra daha böyük mükafat qazanacağıma ümid edirəm".
Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxasıüstə üzmə yarışında birinci olub.