DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 1-də, “Stade de Luxembourg”da keçiriləcək Lüksemburq - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bəlli olub.
Media mənsublarının önünə əvvəlcə Luk Holts çıxacaq. Lüksemburqun baş məşqçisinin mətbuat konfransı Bakı vaxtı ilə saat 15.00-da start götürəcək. 16.00-da isə "cırtdanlar"ın məşqi keçiriləcək.
Canni de Byazi isə media mənsublarının önünə saat 18.30-da çıxacaq. Komandamızın oyunöncəsi son məqşi 19.00-da start götürəcək.