"Bazel"in sahibi olan David Degen İsveçrə mətbuatına açıqlama verib.
"Football-plus.az" saytının məlumatına görə, 38 yaşlı keçmiş futbolçu Konfrans Liqasınnın H qrupundakı rəqiblərinin onlar üçün qənaətbəxş olduğunu bildirib:
"Uzun səfərlərdən məmnun deyiləm. Amma əks halda rəqiblərdən razıyam. "Bazel" həmişə beynəlxalq arenada oynamalıdı".
Qeyd edək ki, İsveçrə təmsilçisi ilk görüşünü sentyabrın 16-da Bakıda "Qarabağ"a qarşı keçirəcək.