
Ozan Kabak premyer-liqa klubunda
Nəhayət, Ozan Kabakın yeni klubunun adına aydınlıq gəlib.
"Football-plus.az" saytının məlumatına görə, 21 yaşlı futbolçu karyerasını İngiltərədə davam etdirəcək. Premyer-liqanın debütantı ''Norviç'' müqavilə ilə ''Şalke-04''ə məxsus olan oyunçunu 4 milyon avro qarşılığında birillik icarəyə götürüb. İngilislər mövsümün sonunda Ozanı daimi əsasda transfer edə bilmək hüququnu da ələ keçiriblər. Bunun üçün isə ''Norviç'' daha 10-15 milyon avro ödəməli olacaq. Bilindiyi kimi, Türkiyə yığmasının üzvü ötən mövsümün qış fasiləsində icarə əsasında ''Liverpul''a yollanmışdı. O, mersisaydlıların heyətində 4-ü ÇL-də olmaqla 13 rəsmi oyuna çıxmışdı. Amma ''Liverpul'' Ozanı daimi əsasda transfer etmək istəməyincə istedadlı müdafiəçi ''Şalke-04''ə qayıdaraq hazırlığa qoşulmuşdu. Son bir ayda Kabak bir çox klublardan təklif alsa da, premyer-liqada oynamaq istədiyi üçün ''Norviç''ə yollanib. O yeni klubunda ''15'' nömrəli forma ilə çıxış edəcək.
2017-ci ildən ''Norviç''i çalışdıran ispaniyalı mütəxəssis Daniel Farke transferlə bağlı bunları deyib: