Sloveniyalı FIFA referisi Damir Skomina karyerasını başa vurub.
“Football-plus.az” saytının məlumatına görə, bu barədə 45 yaşlı hakim "24ur.com" saytına açıqlamasında bildirib.
O, bu qərarı səhhəti ilə bağlı qəbul etdiyini deyib.
Qeyd edək ki, o, hakimliyə 1994-cü ildə, beynəlxalq arenada isə 2003-cü il aprelin 30-da Macarıstan - Lüksemburq matçı ilə başlayıb. Tanınmış FIFA referisi zədə səbəbindən AÇ-2020-ni buraxmalı olub.