"Transfer pəncərəsi”nin yekunlaşmasına 2 gün qalsa da, Kilian Mbappenin teleyinə aydınlıq gəlməyib.
"Football-plus.az" saytının məlumatına görə, PSJ rəhbərliyi "Real"ın 170 milyon avro və 10 milyon bonus təklifi ilə razı deyil.
Paris təmsilçisi 22 yaşlı futbolçunun daha çox dəyərə malik olduğu fikrindədi. Fransa klubunun prezidenti "Kral klubu"nun ikinci təklifini müzkirə etmək niyyətində belə olmadıqlarını deyib.
Eyni zamanda "Real" rəhbərliyi də məbləği artırmağı düşünmür. Klublardan biri mövqeyini dəyişməsə, Mbappe bu mövsüm heç yerə getməyəcək.
Futbolçu hadisələrin axarını sakit şəkildə izləməyə qərar versə də, Madrid təmsilçisinə transfer olmaq fikrindən daşınmayıb.
PSJ isə böyük risk etməyə qərar verib. Rəhbərlik Mbappenin bu mövsüm klubu tərk etməsinə şərit yaratmamaqla 1 il vaxt qazanacaq. Onlar bu müddət ərzində oyunçunu yeni müqavilə üçün razılığa gətirməyi planlaşdırırlar. Lakin bu baş tutmasa, Mbappe azad agent kimi PSJ-ni tərk edə biləcək.
Qeyd edək ki, fransalı futbolçunun müqaviləsinin müddəti gələn ilin iyununda bitir.