Sabah Gənclər Liqasında Çempionlar yolunun püşkatması keçiriləcək.
“Football-plus.az” saytının məlumatına görə, mərasimdə AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər kubokunun qalibi olan “Qəbələ"nin rəqibi müəyyənləşəcək.
“Qırmızı-qaralar”ın mübarizə aparacağı Çempionlar yolunun 1-ci mərhələsinin 32 iştirakçısı olacaq. “Qəbələ” ilə birgə, "Deportivo” (İspaniya), "Köln" (Almaniya), "Empoli" (İtaliya), "Anje" (Fransa), "Genk" (Belçika), “Alkmaar” (Niderland), "Trabzonspor" (Türkiyə), "Midtülland" (Danimarka), "Reyncers" (Şotlandiya) , "Sparta" (Çexiya), APOEL (Kipr), PAOK (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), Hayduk" (Xorvatiya), “Hammarbü” (İsveç) "Rusenborq" (Norveç), "Makkabi" (Hayfa, İsrail), "Kayrat" (Qazaxıstan), "Minsk" (Belarus), "Septemvri" (Bolqarıstan), “Şikzereda" (Rumıniya), "Poqon" (Polşa), "Jilina" (Slovakiya), "Domjale" (Sloveniya), MTK (Macarıstan), "Jalgiris" (Litva), "Akademiya" (Albaniya), “Dauqavpils” (Latviya), “Şkendiya” (Şimali Makedoniya), “Zvezda” (Bosniya və Herseqovina), “Sent Patriks” (İrlandiya) turnirdə mübarizə aparacaq.
Bu yarışın ilk oyunları sentyabrın 29-da, cavab matçları isə oktyabrın 20-də keçiriləcək.
Qeyd edək ki, koronavirus pandemiyası üzündən ləğv edilən 2020/21 mövsümündə “Qəbələ”nin Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşması baş tutmayıb.
Xadırladaq ki, Futbol+ qəzeti bu məlumatı təqribən 1 ay öncədən yazmışdı.