
"Qarabağ" heç bir komandadan qorxmur" - VAQİF CAVADOV
"Qarabağ" Şotlandiyada "Aberdin"i 3:1 məğlub etməklə Konfrans Liqasının qrupuna düşməyi bacardı.
Ağdamlılar H qrupunda İsveçrənin “Bazel”, Qazaxıstanın “Kayrat” və Cənubi Kiprin “Omoniya” klubları ilə birgə mübarizə aparacaq. "Köhlən atlar"ın rəqiblərini dəyərləndirməsi üçün Vaqif Cavadovla danışdıq.
"Qarabağ"ın sabiq futbolçusu saytımıza bu sözləri dedi:
"Bazel"ə gəlincə, klub 5-10 il əvvəlki vəziyyətində deyil ki, biz ondan çəkinək. "Qarabağ" heç bir komandadan qorxmur. Bunu da meydandakı oyunu ilə sübut edir.
Stadion amilinə də toxunmaq istəyirəm. Meydanın vəziyyəti düzəldilməlidi. Bu amil komandanın oyununa da təsir edir. "Qarabağ"ın səfərdə keçirdiyi oyunda necə rahatlıqla qələbə qazandığını hamımız gördük".
SƏNƏM FƏRHADOVA